Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” məlumat bazalarını idarə edəcək


 “Amazon Web Services” (AWS) “bulud” hostinq platforması məşhur açıq “Postgresql” məlumat bazalarının idarə edilməsi sisteminin hosted-versiyasına çıxış təqdim edir. Bu platforma “Amazon RDS” (Relational Database Service) servisinin bir hissəsi olacaq.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, istifadəçilərin istəklərinə cavab olaraq yaradılan yeni təklif hazırda  beta-versiya mərhələsindədir.

“PostgreSQL”-ə çıxış ən tez-tez sifariş edilən opsuyalardan biridir.
 
“Amazon”  əvvəllər RDS servisində “MySQL”, “Oracle Database” və “Microsoft SQL Server” dəstəklənməsini təmin edib.
Şirkətdən bildirilib ki, “bulud” sistemində  “Postgres”in dəstəklənməsi tam reallaşdırılıb.

Aynur Vəliyeva




18/11/13    Çap et