Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Space” TV də “Azərspace-1” peyki üzərindən yayımlanacaq


Azərbaycanda fəaliyyət göstərən “Space” TV də “Azərspace-1” peyki üzərindən yayıma qoşulub.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin mətbuat üzrə meneceri Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, bununla da “Azərspace-1” peyki üzərindən yayımda olan telekanalların sayı 50-yə çatıb. Onun sözlərinə görə, bu kanalların da 10-u peykin Mərkəzi Asiya və Avropa yayım şüaları üzərindən yayımlanır.
 
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin mətbuat üzrə meneceri onu da əlavə edib ki, hazırda peyk üzərindən 9 yerli radio kanalının siqnalları ötürülür:
 
“Bu istiqamətdə fəaliyyət davam etdirilir. Azərbaycanın telekommunikasiya peykinin əlverişli mövqeyi, yəni onun əhatə dairəsi təkcə ölkə daxilində deyil, xaricdə də fəaliyyət göstərən TV kanalları üçün böyük maraq kəsb edir”.
 
SEYMUR
 
 




18/11/13    Çap et