Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək


Noyabrın 22-də “Microsoft-Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda “İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, seminar İT direktorları, mütəxəssisləri və layihə menecerləri üçün nəzərdə tutulub.
 
Tədbir çərçivəsində “Microsoft-Azerbaijan” şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev seminar iştirakçılarına “Office 365” məhsulu barədə ətraflı məlumat verəcək, bu məhsulu harada istifadə etmək, onun aktivləşdirilməsi və sazlanması haqqında danışacaq.
 
Eyni zamanda, Q.Mirzəyev “Office 365 Demo” versiyasını nümayiş etdirəcək. Seminar Azərbaycan dilində keçiriləcək.

Aynur Vəliyeva




20/11/13    Çap et