Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net”də saytların və internet layihələrin qeydiyyatı başa çatır



Milli İnternet Mükafatı – “Milli Net” Müsabiqəsində saytların və internet layihələrin qeydiyyatının başa çatmasına 3 gün qalıb. Müsabiqənin Təşkilat Komitəsindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, qeydiyyat müddəti noyabr ayının 23-də başa çatır.

Hazırkı statistikaya əsasən, “Milli Net13”-ə indiyədək 329 sayt təqdim olunub, 242 sayt qəbul edilib, 84 sayt qəbul edilməyib. Ən çox sayt verilən nominasiyalara Media və İnformasiya  (31), Ən yaxşı sosial şəbəkə səhifəsi (30), Bloqlar (29), Xidmət-Servis (26) və s. daxildir.

İkimərhələli qiymətləndirmə keçiriləcək. Qiymətləndirmə prosesi dekabr ayının 15-dək davam edəcək.
Saytların qiymətləndirilməsi 3 istiqamət üzrə (kontent, dizayn, texniki-texnoloji) 15 nəfərlik Münsiflər Komissiyası tərəfindən aparılacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.
 
CAHANGİR




20/11/13    Çap et