Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə yeni il spamının göndərilməsinə başlanıb


“Kasperski Laboratoriyası” mütəxəssislərinin oktyabr ayına olan son hesabatına əsasən, hesabat dövründə qlobal poçt trafikində spamın payı ötən göstəricilərlə müqayisədə 6,6% artaraq 72,5% təşkil edib. Bu halda spamerlər Yeni il bayramı ilə əlaqədar aktivləşiblər.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, oktyabrda spam mesajları daha çox Çin, ABŞ və Cənubi Koreyadan göndərilib. Statistikaya əsasən, spam mesajlarının 50%-dən çoxu bu ölkələrin payına düşür.

Emil Hüseynov
 
 
 
 
 
 





21/11/13    Çap et