Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın İKT tədbiri dünyanın diqqətindədir


Dünyada tədbir təşkilatçıları üçün ən böyük xidmət provayderi –"BizTradeShows.com" Azərbaycanın nüfuzlu İKT sərgi və konfransı haqqında məlumat verib.

"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, saytda qeyd edilir ki, "Bakutel 2013" 19-cu Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi sözügedən sahəyə həsr olunmuş mühüm tədbirlərdən biridir.  

Bu hadisə telekommunikasiya və İT-nin son inkişaf istiqamətlərini təqdim edəcək.

"Bakutel" sərgi və konfransına internet və intranet, kompüter, telekommunikasiya, kompüter şəbəkələri, multimedia texnologiyaları sahəsi üzrə çalışan mütəxəssislər xüsusi maraq göstərirlər.

CAHANGİR




25/11/13    Çap et