Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni istifadəyə verilən rəqəmli TV vericilərin əhatə dairəsinin ölçülməsi məqsədilə monitorinq keçirilir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən bölgələrdə radiomonitorinq işləri aparılır.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə DRİ-dən məlumat verilib. Məlumatda bildirilir ki, idarənin Radiomonitorinq şöbəsinin mütəxəssisləri sözügedən monitorinqi yeni istifadəyə verilmiş rəqəmli TV vericilərin əhatə dairəsinin ölçülməsi məqsədilə aparır.
 
“Bununla belə mütəxəssislər yayım zonalarını müəyyənləşdirirlər” – deyə DRİ-dən bildirilib.
 
SEYMUR




26/11/13    Çap et