Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

35 yaşdan yuxarı qeymerlər arasında qadınlar üstünlük təşkil edir


35 yaşdan yuxarı qeymerlər arasında qadınlar üstünlük təşkil edir. Bu haqda “Spil Games” şirkətinin yeni araşdırmasına istinadən “The Telegraph” yazıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ekspertlərin gəldiyi nəticəyə əsasən, Türkiyə, Braziliya, Hollandiya, ABŞ, Böyük Britaniya və Fransada 35 yaşdan yuxarı qadınlar arasında qeymerlərin sayı kişilərdən çoxdur.

Məlumata əsasən, yaşlı qadınlar oynayırlar, gündəlik ətalətdən yaxa qurtarmaq və əqli qabiliyyətlərini məşq etdirmək üçün oyunlara üstünlük verirlər. Buna görə də onlar bilməcə, madjonq və bu kimi başqa oyunlar seçirlər.

Emil Hüseynov




26/11/13    Çap et