Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı gənclər kitablara üstünlük verir



“The Guardian” nəşri “Voxburner”in araşdırmasına istinadən yazıb ki, stereotiplərin əksinə, gənclər elektron kitablara deyil, kağız kitablara üstünlük verirlər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, 16-24 yaşlı 1420 gənc arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, kitab oxuyan auditoriyanın 62%-i rəqəmli qurğulara deyil, kağız kitablara üstünlük verir. Gənc oxucular öz seçimlərini onunla izah edirlər ki, kağız kitabı əldə saxlamaq xoşdur, həmçinin onu dostla bölüşmək asandır.

Britaniyalı gənclərin 47%-i, həmçinin qəzet və jurnalları oxumağı onların elektron versiyasından üstün tuturlar.

Emil Hüseynov




26/11/13    Çap et