Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin rahatlığı üçün “Elektron hökumət” portalında e-xidmətlərə dair təlimat və videolar yerləşdirilir


İstifadəçilərin rahatlığı üçün digər yenilik “Elektron hökumət” portalında e-xidmətlərə dair təlimatların və videotəlimatların yerləşdirilməsidir.

Portal tərəfindən təqdim olunmuş elektron xidmətlərə daxil olduqda, yerləşdirilmiş videotəlimat düyməsini vuraraq, seçilən xidmətdən istifadə qaydalarını izləmək mümkündür. Hal-hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xidmətlərinə dair  7 ədəd təlimat və 6 ədəd videotəlimat yerləşdirilib.

İstifadəçilər elektron xidmətlərdən istifadə zamanı hər hansı bir məsələdə çətinlik çəkdikdə, göstərilən təlimatlarla tanış olaraq işlərini asanlaşdıra bilərlər.




27/11/13    Çap et