Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noyabrda “Internet Explorer 11” brauzerinin payı artıb


“Net Applications” analitik şirkəti ekspertlərinin qiymətləndirməsinə görə, bu ilin noyabrında dünya bazarında “Internet Explorer 11” brauzerinin payı iki dəfə artıb.

Masaüstü brauzerlərin populyarlığı üzrə yeni statistikaya əsasən, ötən ayda “Internet Explorer 11” brauzerinin payı iki dəfə artaraq 3,27% olub.

“Net Applications” analitik şirkətinin hesablamalarına görə, “Internet Explorer” (IE) brauzerinin bütün versiyalarının ümumi bazar payı 58,36% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, populyarlığına görə brauzerlərin reytinqində ikinci yerdə  “Firefox” (18,54%) qərarlaşıb. Noyabrda axtarış nəhənginin həlli “Chrome” brauzerinin bazar payı 15,42-dən 15,44%-dək artıb.

Xatırladaq ki, “Net Applications” analitik şirkəti onun müştərilərinin saytına daxil olan unikal ziyarətçilərin sayını hesablayırlar.

Emil Hüseynov




03/12/13    Çap et