Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da “iPad” alıcılarının 40 faizi “Android” istifadəçisi olub



"InfoScout" analitik şirkəti ABŞ-da ötən həftənin cümə günü Yeni il satışlarına başlanandan sonra araşdırma apararaq alıcıların fəallığını qiymətləndirib. Araşdırma nəticəsində müəyyən edilib ki, yerli əhali arasında ən çox tələbat müxtəlif modifikasiyalı "iPad" planşet kompüterlərinə olub (Walmart, Target və Best Buy kimi 3 iri pərakəndə satış şirkətində). 

Yalnız "Best Buy" şirkətində liderlik "Microsoft Surface" planşetlərinə məxsus olub, digər iki mağaza şəbəkəsində isə "iPad mini" və "iPad Air" ən çox satılan qurğular kimi qeydə alınıb.

"InfoScout"un məlumatına görə, "Apple" planşeti alıcılarının təxminən 40 faizi "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon sahibləridir. Analitiklər bildiriblər ki, bu onu göstərir ki, "Google" mobil əməliyyat sistemləri bazarında yekdil qalib olduğunu bəyan edə bilməz və onu uzun rəqabət gözləyir.

Bir müddət əvvəl "InfoScout" oyun konsollarının satışı üzrə məlumatları dərc edib. "Xbox One" və "Xbox 360" oyun qurğularının bayram satışları ərzində satılan qurğularda payı təxminən 30 faiz,  "Sony PlayStation 3" və "PlayStation 4" konsollarının 15 faiz (Walmart və Target mağazalarında ) təşkil edib, - "Onliner www.onliner.by" yazır. 




04/12/13    Çap et