Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti daha “Linux” əməliyyat sistemini rəqib hesab etmir


“Microsoft” şirkəti daha “Linux”a əsaslanan əməliyyat sistemlərini “Windows”un kompyuter versiyasının rəqibi hesab etmir. Çünki şirkətin növbəti illik hesabatında “Linux” haqqında xatırlatma olmayıb.Hesabata əsasən, “Linux” distribütivləri server və quraşdırılan sistemlərlə məhdudlaşdırılaraq bazarda çox aşağı pay sahibidir. “Linux”a əsaslanan əməliyyat sistemləri yenidən bazarın 1%-nə nəzarət edir. “Microsoft” şirkəti öz stolüstü platformasının əsas rəqibləri kimi “Apple” və “Google” şirkətlərinin həllərini görür. Belə ki, “Mac OS X” bazar payını yavaş da olsa, amma daim artırır. Beləliklə, bu əməliyyat sisteminin bazardakı payı artıq 4,5% olub.


www.onliner.by




13/08/11    Çap et