Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Estoniya və ABŞ kiberməkanda əməkdaşlıq haqqında bəyanat imzalayıblar


Estoniya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, Estoniyanın xarici işlər naziri Urmas Paet və ABŞ dövlət katibi Con Kerri bu gün Brüsseldə kiberməkanda əməkdaşlıq haqqında bəyanat imzalayıblar.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, Estoniya naziri deyib ki, imzalanmış bəyanat Estoniya və ABŞ əməkdaşlığını yeni səviyyəyə qaldırıb. "Bizim ümumi nöqtəmiz ondan ibarətdir ki, internet azad, həm də təhlükəsiz olmalıdır" – Paet deyib və əlavə edib ki, ölkələrin rəqəmli inkişafından başqa təhlükəsizlik məsələlərinə diqqət yetirmək lazımdır, çünki elektron həllərdən geniş istifadə ölkələrə müdaxiləni asanlaşdırır. "Kibermüdafiə yalnız milli təhlükəsizlik üçün deyil, həm də vətəndaşların hüquqlarını qorumaq üçün lazımdır" – Paet deyib.

İmzalanmış bəyanat həm ikitərəfli əməkdaşlıq, həm də beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqələr üçün möhkəm zəmin yaradır. "Kiberməkan mövzusu qlobal xarakter daşıyır və bütün sahələrə təsir edir. Biz bütün dünyada internetin azadlığını və dövlət idarəçiliyinə elektron həllərin tətbiqini birgə inkişaf etdirmək istəyirik" – Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Emil Hüseynov
 
 
 




04/12/13    Çap et