Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ödənişsiz e-imza almaq istəyənlər üçün son şans


Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan  "Bakutel- 2013" sərgisi davam edir.
 
Xəbər verdiyimiz kimi "Elektron hökumət" portalında e-xidmətlərdən istifadənin  artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013"  sərgisində "Elektron Hökumət Portalı" pavilyonu quraşdırılıb. Çox sevindirici haldır ki, sərginin üçüncü günü də insan axınının ən böyük cəmləşdiyi məntəqələrdən biri yenə də "Elektron hökumət portalı" pavilyonu oldu. 
 
Artıq bir neçə gün əvvəldən bəzi  xəbər portallarında sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə  şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər.
 
Sərginin ilk günü 130, ikinci gün 300-dən çox, üçüncü gün bu rəqəm daha da artmış, yəni 330-dan çox  iştirakçıya ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu təqdim edilib. Qeyd edək ki, "Bakutel-2013" sərgisi çərçivəsinin 3 günü ərzində 800-ə yaxın vətəndaş  "Elektron hökumət" portalından ödənişsiz  olaraq, elektron imza vəsiqəsi və kart oxuyucu əldə edib.
 
Xatırladaq ki, ödənişsiz elektron imza vəsiqəsi və kart oxuyucu almaq istəyənlər üçün bu gün sərginin son günüdür. Son fürsətdən yararlanmaq istəyənlər  Bakı Ekspo Mərkəzində təşkil olunan "Bakutel-2013" sərgisində quraşdırmış "Elektron Hökumət Portalı" pavilyonuna yaxınlaşaraq müraciət edə bilərlər.





05/12/13    Çap et