Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti Qreys Hopperin 107 illiyini qeyd edir


Bu gün “Google” axtarış sisteminin əsas səhifəsində Qreys Hopperin anadan olmasının 107 illiyi şərəfinə bayram loqotipi yerləşdirilib. O, Amerika alimidir və ABŞ donanmasının kontr-admiralı olub.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, lakin Qreys öz hərbi karyerası ilə deyil, daha çox müasir proqramlaşdırmanın yaradıcılarından biri kimi tanınır. O, zamanında “Mark I” kompüteri üçün proqramlar yazmağa başlayan ilk mütəxəssislərdən biri olub və onun kompüterdən asıl olmayan dillər konsepsiyası ən köhnə yüksəksəviyyəli proqramlaşdırma dillərindən biri olan “COBOL”-un yaranmasına səbəb olub.

Bundan başqa, məhz Qreys Hopper proqramçılar arasında "debugging" (proqramlarda səhvlərin axtarışı və düzəlişi)  anlayışını tətbiq edib.

Emil Hüseynov
 




09/12/13    Çap et