Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“VKontakte” sosial şəbəkəsində yeni rekord qeydə alınıb


“LiveInternet” statistikasına əsasən, 2013-cü ilin dekabrında "VKontakte" sosial şəbəkəsinə gündəlik daxilolmaların sayı 56 milyon olub.

"VKontakte"nin təqdimat məlumatlarına əsasən, 2013-cü ilin dekabrında sosial şəbəkəyə daxilolmaların sayı ötən ilin dekabrı ilə müqayisədə 33% artıb.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “ComScore” tədqiqat şirkətinin məlumatlarına əsasən, "VKontakte" 2013-cü ilin oktyabrında Rusiyanın ən məşhur sosial şəbəkəsi olub. "VKontakte"yə daxilolmaların sayı aylıq 51,6 milyon ziyarətçi təşkil edib.

Emil Hüseynov
 




09/12/13    Çap et