Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN növbəti elektron xidmətini “Elektron Hökumət” portalına inteqrasiya edib


RİTN növbəti elektron xidmətini “Elektron Hökumət” portalına inteqrasiya edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “AzDataCom internet xidmətinə qoşulma üçün sifariş” adlı elektron xidməti “Elektron Hökumət” (www.e-gov.az) portalına inteqrasiya edilib. Bu xidmət vasitəsilə vətəndaş “AzDataCom” internet xidmətinə qoşulmaq üçün sifariş verə bilər.
Xidmətdən yararlanmaq üçün istifadəçi “Elektron Hökumət” portalına giriş etdikdən sonra RİTN-in sözügedən elektron xidmətinə daxil olmalıdır. Daha sonra telefon nömrəsini tələb olunan xanaya yazaraq açılan səhifədə xidmət növünü (kb/s) seçməklə “AzDataCom” internet xidmətinə qoşulmaq üçün sifariş verə biləcək.
Qeyd edək ki, sifariş qəbul edildikdən sonra istifadəçi ilə telefon vasitəsilə əlaqə saxlanılır.




09/12/13    Çap et