Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da “unlike” düyməsi istifadəyə verilə bilər


"Facebook" sosial şəbəkəsində tezliklə emosiyaların ifadəsi üçün yeni düymə istifadəyə verilə bilər. Korporasiyaya yaxın mənbələr deyiblər ki, sosial şəbəkənin mühəndisləri "halına acıyıram" düyməsinin dizaynı üzərində işləyirlər.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, analitiklər hesab edirlər ki, bu düyməyə artıq çoxdan bəri ehtiyac duyulurdu:  bəzi xəbərləri "bəyənmək" mümkün olmur. Məsələn, əgər insan işdən azad edilməsi, naxoşluq haqqında status yazıbsa, o zaman çətin kimsə belə statusu layk etsin.
Tərtibatçıların fikrincə, istifadəçilər söhbət iştirakçılarının kədərini paylaşa biləcəklər. Eyni zamanda, sosial şəbəkənin planları ilə tanış mənbələr yeni düymənin ənənəvi "like" düyməsini sıxışdırmasını da istisna etmirlər.

Sosial şəbəkənin məlumatına görə, "Facebook" istifadəçilərinin yalnız 30%-i aktivdirlər, şərh yazır və fotoşəkillər dərc edirlər.

Emil Hüseynov




10/12/13    Çap et