Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” 2013-cü ilə yekun vurub və trendləri açıqlayıb


“Instagram” 2013-cü ilə yekun vurub.

2013-cü ildə “Instagram” xidmətində ən çox layk toplamış nəşr Castin Biberə məxsusdur. Həmin nəşr təxminən 1.5 milyon layk toplamağa müvəffəq olub.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, istifadəçilər “Instagram” xidmətində gündəlik minlərlə müxtəlif heşteqlərdən istifadə edərək təxminən 55 milyon fotoşəkil dərc edirlər. Bu il “Instagram”-da ən populyar heşteq “#love” olub.

2013-cü ildə “Instagram” istifadəçiləri arasında ən populyar şəhərlər Nyu-York, Banqkok, Los-Anceles, London, San-Paolo, Moskva, Rio-de-Janeyro, San-Dieqo, Las-Veqas, San-Fransisko olub.

Emil Hüseynov




14/12/13    Çap et