Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vinton Sörf Hesablama Texnikası Assosiasiyasına rəhbərlik edir



"Google" şirkətinin vitse-prezidenti Vinton Qrey Serf (Vinton Grey Cerf) ötən ilin may ayında keçirilmiş seçkilərdə "ACM"-in (Association for Computing Machinery - Hesablama Texnikası Assosiasiyası) prezidenti seçilib. O, 1967-ci ildən assosiasiyanın üzvüdür.

"ICTnews" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, "İnternetin atası" adlandırılan V.Serf "ACM"-ə 30 iyun 2014-cü il tarixinədək rəhbərlik edəcək.

Qeyd edək ki, 1947-ci ildə əsası qoyulan "ACM" dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyətidir. 2011-ci ilin məlumatına görə, assosiasiyanın 100.000-dən çox üzvü var.

Emil Hüseynov




17/12/13    Çap et