Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PayPal” yeni şirkət satın alıb



Dünyanın ən böyük elektron ödəmə sistemi “PayPal” San-Fransisko şəhərində yerləşən “Stack Mob” şirkətini satın almasını təsdiqləyib.

“PayPal”ın nümayəndəsi sazişin məbləğini açıqlamayıb, lakin deyib ki, “Stack Mob” şirkətinin 18 tərtibatçısı “PayPal”ın San-Xosedəki qərargahında işləyəcək.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, son illər “PayPal” müştərilərə aşağı xidmət səviyyəsi və köhnə proqram təminatı ilə “özündənrazı” və “şişirdilmiş” nüfuzu qazanıb.

Lakin yeni baş direktor vəziyyəti dəyişdirməyə çalışır. O, martda şirkətin strukturunu yenidən qurub və platformanı daha elastik edib.

Emil Hüseynov
 




18/12/13    Çap et