Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Viber” şirkəti “Windows 8” üçün messencer buraxıb


“The Next Web” nəşri yazıb ki, “Viber” şirkəti “Windows 8” əməliyyat sistemi üçün eyni adlı messencer buraxıb. Nəşrin məlumatına görə, sözügedən proqram daha öncə yalnız mobil qurğular üçün əlçatan idi və fərdi kompüter üçün versiyası bir neçə ay əvvəl təqdim edilib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Viber” messencerinin “Windows 8” versiyası bu əməliyyat sisteminin bir sıra funksiyalarından istifadə edir.

Hazırda “Viber” messencerinin auditoriyası 200 milyonu ötür.

Emil Hüseynov




19/12/13    Çap et