Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” istifadəçilərinin sayı 400 milyonu ötüb


“WhatsApp” messencerinin  aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu ötüb. Bu, 2013-cü ilin apreli ilə müqayisədə iki dəfə çoxdur.
 
Beləliklə, messencer internetin ən sürətlə inkişaf edən xidmətlərindən biri olub.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “WhatsApp” xidmətindən bildirilib ki, tətbiq gündəlik 32 milyard gələn mesajları və 500 milyard fotoşəkil emal edir.
 
Şirkət 2009-cu ildə “Yahoo!”-nun keçmiş əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu tətbiq smartfonlar üçün bütün əsas əməliyyat sistemlərində əlçatandır. “WhatsApp” messencerindən istifadə qiyməti illik 0,99 dollar (birinci il ödənişsizdir) təşkil edir.
 
Bu yaxınlarda “Google” korporasiyası “WhatsApp” şirkətini 1 milyard dollara satın almağa cəhd edib. Lakin saziş bağlanmayıb, çünki adı çəkilən şirkət daha böyük məbləğ tələb edib.

Emil Hüseynov
 




20/12/13    Çap et