Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin məhsullarının yerli bazarda satış həcmi bu il 20% artıb


 “Apple” şirkətinin Azərbaycanda rəsmi distribüteri “Mac.az” şirkəti bu il yerli bazarda dünya səviyyəli brendin məhsullarının satış həcminin təxminən 20%-dək artdığını bildirib.

Şirkətin baş direktoru Ramin Musayevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu göstərici rəsmi və qeyri-rəsmi satışlar nəticəsində yaranıb. “Yerli bazarda ən çox istehlakçı tələbatı müxtəlif “iPhone” və “iPad” modellərinə müşahidə olunub. Bu arada “iPad” modellərinin ən çox satılan məhsulları yüksəkqiymətli və ən aşağı qiymətli qənaətli modellər olub. “iPhone”lar arasında isə çox satılan model qara rəngli “iPhone5S” modeli olub”,- deyə o bildirib.

R. Musayevin sözlərinə əsasən, gələn il yerli bazarda “Aplle” məhsullarının satış həcmlərini, rəsmi və qeyri-rəsmi satış həcmlərini nəzərə alaraq daha 10-20% artımını gözləmək olar. “Baxmayaraq ki, son dövrlərdə potensial alıcılar, daha ucuz qiymətə xaricdən Azərbaycana mobil qurğuları gətirməyə üstünlük verirlər, “IMEI” kodların qeydiyyat sisteminin tətbiqinin standartlara uyğun olmayan mobil qurğuların qarşısını almaqda böyük köməyi var”,- deyə o qeyd edib.

AYNUR





21/12/13    Çap et