Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox 6” səyyahı istifadəyə verilib


16 avqust tarixinə planlaşdırılmış rəsmi relizə qədər bir neçə gün əvvəl “Mozilla”nın “FTP” serverində “Windows, Mac” və “Linux” üçün “Firefox 6” səyyahının final versiyası yerləşdirilib. “Firefox 5” ilə müqayisədə elə mühüm dəyişiklik yoxdur. İstehsalçılar iddia ediblər ki, yeni səyyah əvvəlki versiyalardan 20% daha sürətli işləyir. Digər əhəmiyyətli yeniliklərə təkmilləşdirilmiş plaqin meneceri, “HTML5”-in daha yaxşı dəstəklənməsi və ünvan sətrində domenin fərqləndirilməsi və s-ni göstərmək olar. Bəzi boşluqlar aradan qaldırılıb və səyyah daha stabil olub. “Mozilla” təşkilatından bildiriblər ki, 1 ayyarımdan sonra “Firefox 7” səyyahı və noyabr ayında “Firefox 8” çıxacaq.


www.onliner.by




15/08/11    Çap et