Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da onlayn reklam xərcləri 10,7 milyard dollar təşkil edib


İnteraktiv Reklam Bürosu və "Pricewaterhouse Coopers" auditor şirkətinin birgə hesabatına əsasən, ABŞ-da cari ilin üçüncü rübündə onlayn reklama sərf olunan xərclər 10,7 milyard dollar təşkil edib.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, ötən illə müqayisədə onlayn reklama sərf olunan xərclər 15%, bu ilin ikinci rübü ilə müqayisədə isə 4,2% artıb.

Araşdırma müəllifləri vurğulayırlar ki, ABŞ-da onlayn reklama sərf olunan xərclər artıq bir neçə ildir sabit şəkildə artır. "Son məlumatlara əsasən, onlayn reklam marketinq siyasətinin əsas istiqamətlərindən biridir" – İnteraktiv Reklam Bürosunun baş vitse-prezidenti Şerill Meyn deyib.

Emil Hüseynov
 




24/12/13    Çap et