Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Video” proqramı artıq “Android 2.2” və “Android 2.3” əməliyyat sistemi tərəfindən dəstəklənir


“Google Video” proqramı artıq “Android 2.2” və “Android 2.3” əməliyyat sistemi ilə işləyən smartfonlarda icra olunacaq. Artıq proqramın yeni versiyasını “Android Market”dən pulsuz yükləmək olar. Qeyd edək ki, bu ana qədər yalnız “Android 3.0” ilə olan planşetlərdə bu proqram mövcud idi. “Google Video” “Android Market” proqramlar mağazasından yüklənmiş videofayllara baxmaq üçün rəsmi videopleyerdir. Videopleyer, həmçinin istifadəçilərə “Android” qurğuların köməyi ilə çəkilmiş videoya baxmağa icazə verir.







15/08/11    Çap et