Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” 2014-cü ilin oktyabrında 12.9 düymlük planşet çıxaracaq


Tayvanın “Digitimes” nəşri yazır ki, “Apple” şirkəti 2014-cü ilin oktyabrında 12,9 düymlük planşet çıxaracaq.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, tədarükçülər arasında mənbələrin sözlərinə görə, qurğular ilk növbədə Şimali Amerika bazarı üçün nəzərdə tutulacaq. İddia edilir ki, “Apple” planşetlərinin istehsalçısı “Quanta Computer” şirkəti olacaq.

Həmçinin məlumatlara əsasən, 2014-cü ilin mayında “Apple” böyük ölçülü ekranla təchiz edilmiş “iPhone” smartfonunu çıxaracaq.

Bu barədə hələ rəsmi informasiya yoxdur.

Emil Hüseynov
 




24/12/13    Çap et