Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

GRİD informasiya sistemi texnologiyalarının tətbiqinə həsr olunmuş seminar keçirilir


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Regional Elm Mərkəzində universal hesablama mənbəyi kimi müəyyənləşən GRİD informasiya sistemi texnologiyalarının tətbiqinə həsr olunmuş seminar öz işinə başlayıb.
 
Dekabrın 28-dək davam edəcək tədbirdə AMEA Fizika İnstitutunun fizika-riyaziyyat elmləri namizədi Fərhad Xəlilzadə “Hiqqs bozon. Hipotezdən Nobel mükafatına yarım əsrlik yol” və İnnovasiya sektorunun gənc alimi Xuraman Xəlilova “Azəri xam nefti-Xəzər dəniz suyu sisteminin fiziki öyrənilməsi” mövzularında məruzə ilə çıxış edəcəklər.
 
AMEA Fizika İnstitutundan verilən məlumata görə, seminarda məqsəd yüksək enerjilər fizikası sahəsindəki yeniliklər haqqında məlumat verməkdir. Tədbirdə həmçinin, Gəncə Dövlət, Aqrar, Texnologiya universitetlərinin və Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının müəllim və tələbə heyəti iştirak edir.
 
Həqiqət İSABALAYEVA




25/12/13    Çap et