Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənclərin ailə həyatına hazırlanması məqsədilə sayt yaradılır


Azərbaycanda gənclərin ailə həyatına hazırlanması məqsədilə sayt yaradılır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya Portalı məlumat yayıb.
 
Saytda yetkinlik yaşına çatanların ailə həyatına hazırlanması məqsədi ilə elmi-metodik və praktiki tövsiyələr yerləşdiriləcək. Eyni zamanda, burada təhsil müəssisələrinin də təqdimatı keçiriləcək.
 
Qeyd edək ki, sözügedən sayt   “Gənclik və Maarifçilik” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc ailə portalı” layihəsinin sonunda ərsəyə gələcək. Gənclər Fondunun yardımı ilə icra olunan layihə kütləvi xarakter daşıyacaq.
 
SEYMUR




07/01/14    Çap et