Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple iOS”-la işləyən kondisioner


Çinin məişət texnikası istehsalçısı “Haier” şirkəti “CES 2014” sərgisində məişət smart-həlləri sinfinə aid olan məişət kondisionerinin yeni modelinin təqdimatını keçirib.

“ICTnews” xəbər xidmətindən “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, yeni “Haier Tianzun” kondisioneri “Apple Mfi” standartlarına cavab verir, “iOS” əməliyyat sisteminə uyğun gəlir və  “iPhone” və ya “iPad” vasitəsi ilə məsafədən konfiqurasiyasını dəyişdirə bilər, idarə edilə bilər və diaqnozu qoyula bilər.

Qurğu avtomatik “Apple” deavyuslarına parol və qeydiyyat tələb etmədən “WiFi” vasitəsi ilə qoşulur, istifadə sahəsində “Apple” standartlarına cavab verdiyinə görə, sürətli ilkin sazlanma və qoşulma prosesini dəstəkləyir.
 

Kondisionerin korpusunda “Made for iPhone/iPad/iPod” loqotipi var, “Haier”də bildiriblər ki, qurğunun işinə bu cür yanaşma, qeyri-adi idarəetmə və rəqəmli simsiz texnologiyaları dəstəkləyən qurğular axtaran müəyyən auditoriyanı cəlb edə bilər. Şirkət 2014-cü ildə bu texnologiyanın  digər məişət texnikasında tətbiqini genişləndirəcək, o cümlədən suqızdırıcıları və mikrodalğalı peçlərdə.

Hazırda Çin şirkəti mobil qurğulardan sürətlə və sadə idarəetməni dəstəkləyən “ağıllı” evin arxitekturu üzərində işləyir, burada ev elektron qurğuları müxtəlif məlumatlar almaq üçün internetə qoşula bilərdi.

Aynur Vəliyeva




09/01/14    Çap et