Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yeni domen alıb


“Google” şirkəti bu yaxınlarda “Android.me” domen adına aid hüquqları əldə edib. Şirkətin bu domeni əvvəlki sahibindən alması və ya kiberskvottinq ilə bağlı şikayət verməsindən sonra pulsuz alması hələlik məlum deyil. Analitiklərin fikrincə, internet -nəhəngin “Android.me” domenindən hər hansı yeni layihə üçün istifadə edəcəyi məlum deyil. Ehtimal edilir ki, domen “android.com” saytının güzgüsü (mirror site) olacaq. Hazırda “Google” şirkəti artıq ".me" zonasında bir sıra domen adlarına sahibdir. Onların arasında “google.me”, “gmail.me”, “adwords.me”, “adsense.me”, “plus.me”, “blogger.me”, “orkut.me” və “youtube.me” var.




16/08/11    Çap et