Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsinin payına düşüb


2013-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olub və onlardan 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 604,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Məlumatda göstərilir ki, muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olub.
 
Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 419,0 manat olub. İqtisadiyyatın bir sıra sahələri ilə yanaşı, informasiya və rabitədə orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

CAHANGİR




13/01/14    Çap et