Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LTE” şəbəkələrində məlumatlar 300 Mbit/saniyə sürəti ilə ötürüləcək


“Broadcom” şirkəti smartfon və planşetlərdə istifadə üçün nəzərdə tutulan və “LTE” dördüncü nəsil mobil rabitəsini dəstəkləyən “M320” çipini nümayiş etdirib.  
 
Prosessorun tərkibinə 1,2-1,5 takt tezliyində işləyən “ARM Cortex A9” arxitekturalı iki hesablayıcı nüvə daxildir. Qrafika emalını quraşdırılmış “PowerVR 5XT GPU” kontrolleri həyata keçirir. Çip displeylərdə 720р (1280х720 piksel) formatınadək təsvir ölçüsünü, eləcə də videonun 1080р (1920х1080 piksel) yüksək təsvir ölçüsündə yazılması və göstərilməsi işini təmin edir. Bundan başqa, modeldən asılı olaraq “NFC” kiçik radiuslu simsiz rabitənin dəstəklənməsi mümkündür, eləcə də “Android” əməliyyat sistemi (4.4 KitKat versiyası daxil olmaqla) ilə uyğunluğa zəmanət verilir.
 
“M320” çipinə inteqrasiya edilən modem məlumatların maksimal 150 Mbit/saniyə sürəti ilə yüklənməsi və çıxan məlumat axınının maksimal 50 Mbit/saniyə sürətini nəzərdə tutan “LTE Category 4” (Cat-4) spesifikasiyasına uyğunluq təşkil edir. Bununla yanaşı, “DC-HSPA+” və “GSM” şəbəkələrində iş dəstəklənir.
 
Bundan başqa, “Broadcom” şirkəti “Category 6” spesifikasiyasına uyğun olan “LTE” modemin nümunəsini təqdim edib. Burada söhbət informasiyanın maksimal 300 Mbit/saniyə sürəti ilə yüklənməsindən gedir. Praktikada bu nəticəyə nail olmaq mümkün olmasa da, çip müasir genişzolaqlı internetə çıxış kanallarına uyğun olan buraxılış qabiliyyətini təmin edəcək. Bununla yanaşı, çip “Wi-Fi” şəbəkələrində məlumatların “802.11ac” standartı üzrə mübadiləsinə imkan verir. Modem haqqında ətraflı məlumatın fevralın 24-27-də Barselonada keçiriləcək “Mobile World Congress” (MWC 2014) sərgisində veriləcəyi gözlənilir, - "3DNews www.3dnews.ru” yazır.  
 




14/01/14    Çap et