Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” yeni smartfonlarını təqdim edib



“The Verge” nəşri yazıb ki, “Sony” şirkəti inkişaf etməkdə olan bazarlar üçün “Xperia T2 Ultra” və “Xperia E1” smartfonlarını təqdim edib.
 
“Xperia T2 Ultra” smartfonu 6 düymlük ekran, “Qualcomm Snapdragon”  dördnüvəli prosessoru, 1 Qb əməli yaddaş, 13 meqapiksellik kamera və 3000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Smartfonun bir və iki SİM kart dəstəkli versiyaları istifadəçilərə təklif edilib.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, qurğunun qalınlığı 7,6 mm, çəkisi 173 qr-dır.
 
“Xperia E1” smartfonu, həmçinin bir və iki SİM kart dəstəkləyən versiyalarda təqdim edilib. Aparat 4 düymlük ekran, ikinüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz edilib.
 
Hər iki qurğu yaxın gələcəkdə Çin, Yaxın Şərq, Afrika və Asiya regionunda əlçatan olacaq. Smartfonların təxmini qiymətləri hələ ki açıqlanmayıb.
 
Emil Hüseynov




14/01/14    Çap et