Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows XP”: əlvida!


2014-cü il aprelin 8-də “Microsoft” şirkəti “Windows XP” əməliyyat sistemi üçün yeniləmələr çıxarmağı dayandıracaq, yəni bu gündən etibarən əməliyyat sisteminin dəstəklənməsi dayandırılacaq.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “StatCounter” xidmətinin məlumatlarına əsasən, hazırda fərdi kompüterlərin (FK) 18-nə bu əməliyyat sistemi quraşdırılıb. “VMware” şirkətində məhsul marketinqi üzrə baş menecer Harri Ouen əmin edir ki, bununla belə bu sistemlərin sahibləri daha yeni ƏS-nə keçməyə məcburdurlar.
 
"Hazırda Windows XP istifadəçilərinin əksəriyyəti başqa ƏS-nə keçib-keçməməklə bağlı seçim edə bilərlər. Gələcəkdə seçim mümkün olmayacaq" – “VMware” şirkətinin top-meneceri deyib.
 
Harri Ouen deyib ki, şirkətlərin əksəriyyəti “Windows XP”-dən istifadəyə ona görə üstünlük verir ki, onlar yalnız bu ƏS ilə uyğun olan köhnə proqram təminatı ilə işləyirlər.
 
“Windows XP” platformasının bazar payı tədricən azalır, lakin eniş tempi yüksək deyil və çətin ki yeni “Windows 8” sistemini fəal surətdə irəli aparan “Microsoft” korporasiyasını razı salır. “Windows 8” ƏS-nin bazar payı 7,54%-dir.
 
Emil Hüseynov
 




14/01/14    Çap et