Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messenceri populyarlığına görə SMS mesajları ötüb


“WhatsApp” messencerinin yaradıcısı eyni adlı şirkətin baş direktoru Yan Koum Almaniyada keçirilmiş “DLD” konfransı çərçivəsində deyib ki, “WhatsApp” messencerinin köməyi ilə gündəlik göndərilən mesajların sayı SMS göstəricisini ötüb.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Koumun sözlərinə görə, hazırda mobil messencerin istifadəçiləri gündəlik təxminən 50 milyard mesaj göndərirlər. O, həmçinin deyib ki, “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 430 milyonu ötüb ki, nəticədə o, dünyanın ən populyar mobil messenceri adına layiq görülüb.
 
Emil Hüseynov




21/01/14    Çap et