Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S4” smartfonunun “xanım” variantı


“Samsung” şirkəti “Twitter” mikrobloqunda “Galaxy S4” smartfonunun “qadın” variantının fotosunu dərc edib. Aparat fərqli rəng çalarından başqa, “La Fleur” xətti üçün ənənəvi qrafik tərtibata sahiblənib. Smartfonun satışa çıxarılma tarixi və onun qiyməti hələ ki məlum deyil.

“GSMArena” hesab edir ki, “Samsung” şirkəti ehtimal ki, “Galaxy S4 La Fleur” aparatını “MWC 2014” sərgisindən əvvəl, ehtimal ki, fevralın birinci yarısında buraxacaq, çünki smartfon müqəddəs Valentin Günü üçün yaxşı hədiyyə ola bilər.
 
EMİL




24/01/14    Çap et