Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” ödəmə xidmətinin istifadəsinə hazırlaşır


“The Wall Street Journal” öz mənbələrinə istinadən  yazıb ki, “Apple” şirkəti ödəmə xidmətini istifadəyə verməyə hazırlaşır.
 
“ICTnews” elektron xəbər xidməti “itnews.com.ua” saytına istinadən bildirir ki, bu xidmətin köməyi ilə istifadəçilər satın aldıqları məhsul və xidmətlərin haqqını birbaşa “iOS” cihazlarından ödəyə biləcəklər.
 
Bu yeniliyin bazara çıxarılma tarixi haqqında hələ ki heç nə məlum deyil. Müxtəlif məlumatlara görə, sözügedən xidmət ilk dəfə “iOS8” platformasında istifadəyə verilə bilər. Hazırda "alma" istehsalçısının laboratoriyalarında sınaqdan keçirilir.
 
Emil Hüseynov




29/01/14    Çap et