Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “SharpEye” izləmə sistemi qurğusu alacaq


Azərbaycanda bu ilin avqust ayında Amerikanın “Kelvin Hughes” şirkətindən “SharpEye” RLS (Record Level Security) radarı alınaraq quraşdırılacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Kelvin Hughes” şirkəti Azərbaycandan 11 yeni “SharpEye” RLS-in təchizatı ilə bağlı sifariş alıb. Bu sistem Xəzər dənizinin Azərbaycan hissəsində dəniz neft-qaz mədənlərinin mühafizəsi üçün gəmilərin hərəkətinin idarə edilməsini həyata keçirəcək. Sistem sahil və sahil ətrafı komponentlərdən ibarətdir. Yerüstü hissə X-diapazonlu SBS-800-2 dirək RLS-dən, offşor avadanlıqları isə SBS-800-1 anten sistemləri ilə təchiz edilir. Offşor qurğular fiber-optik kabellər vasitəsilə sahil RLS-nin ekranlarına böyük sürətlə və yüksək keyfiyyətlə fotolarda məlumatlar ötürə bilir.
 
Ekspertlər əmindirlər ki, bu sistem Azərbaycanı dəniz obyektlərini izləmə və naviqasiya üçün məlumatların tam çeşidi ilə təmin edəcək, müasir texnologiyalar gəmi axınından tələb olunan hədəfləri dəqiq izləməyə imkan verir, Azərbaycan RLS operatorlarının hətta pis hava şəraitində situasiya haqda məlumatlandırılması artacaq.
 
Aynur Vəliyeva




30/01/14    Çap et