Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli internet provayderdən istifadəçilərinə hədiyyə


İstifadəçilərinə iqtisadi cəhətdən əlverişli, yüksək keyfiyyətli və istifadədə rahat xidmət proqramlarını təqdim edən “AzDataCom” bu dəfə də onlar üçün növbəti yeniliklərin tətbiqinə başlayıb. Belə ki,  abonentlər abunə haqqını  5 aylıq ödəyərsə 1(bir)  ay, 10 aylıq ödəyərsə 2 (iki)  ay internetdən hədiyyə olaraq pulsuz istifadə edə bilər.
 
Qeyd edək ki, “AzDataCom” dövlət qurumları və korporativ müştərilərə, eyni zamanda fiziki şəxslərə xidmət göstərir. “AzDataCom” müştəriləri arasında Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, “Azərpoçt” MMC, “Azərenerji” ASC və s. dövlət və özəl qurumları var.
 
 
Həqiqət İSABALAYEVA




04/02/14    Çap et