Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə 920 milyondan çox sayt işləyir


“Netcraft” analitik şirkəti internetdə işləyən bloq və saytların sayı haqqında fevral ayına olan statistikanı dərc edib. Şirkətin məlumatına görə, fevralın 1-dək internetdə 920 milyondan çox sayt işləyib ki, bu da ötən ayla müqayisədə 58 milyon çoxdur.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, veb-serverlərə gəldikdə ən yaxşı artım xidmət göstərdiyi host bazasını 48 milyon artırmış “Microsoft IIS”-də müşahidə olunub. Həmçinin xidmət göstərdiyi host bazasını 14 milyon artırmış “Nginx” açıq veb-serverində irəliləmə qeydə alınıb. Lakin “Apache” veb-serverinin  ümumi bazası 7 milyon URL azalıb.

Veb-serverlər bazarında “Microsoft”un bazar payı 3,38% artaraq 32,8% və ya 302 milyon sayt olub, “Apache”ın bazar payı 3,41% azalaraq 38,2% və ya 352 milyon sayt təşkil edib.

Emil Hüseynov
 




05/02/14    Çap et