Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”un rəhbəri dəyişəcək


"Bloomberg" agentliyinin yaydığı məlumata əsasən, "Google"un baş vitse-prezidenti Süzan Voysiski yaxın vaxtlarda "YouTube" videohostinqinə  başçılıq edəcək. Voysiski hazırda "Google" üçün pul mənbəyi olan reklam bölməsinin rəhbəridir, bundan başqa onun bacısı Enn Voysiski "Google"un həmtəsisçisi Serqey Brinin həyat yoldaşıdır.
 
Mətbuatın məlumatına görə, rəsmi olaraq boşanmasalar da, Enn Voysiski və Serqey Brin ötən ilin sentyabrından bir yerdə yaşamırlar. Süzan Voysiski, həmçinin Serqey Brin və Larri Peycin  ilk biznes tərəfdaşı olub.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Süzan Voysiski Salara Kamanqarı əvəz edəcək. Öz növbəsində Salara Kamanqar "Google"da başqa vəzifəni icra edəcək.
Hazırda "YouTube" portalına 1 milyarddan çox insan daxil olur və  portal daha çox ödənişli məzmun və reklamların yerləşdirilməsi sayəsində kommersiyalaşır. Qeyd edək ki, 2013-cü ildə "YouTube"un gəliri 5,6 milyard dolları ötüb.

Emil Hüseynov
 
 




06/02/14    Çap et