Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un əməliyyat sistemindəki problem Bill Qeytsi bərk əsəbiləşdirib


"The New Yorker" yazır ki, Bill Qeyts "Microsoft"un baş direktorunun məsləhətçisi rolunda birinci iş gününü "Windows 8.1" əməliyyat sistemini (ƏS) quraşdırmağa sərf edib.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, o, bir neçə saat ərzində "Windows 8.1" ƏS-nin yeniləmə paketini quraşdırmağa çalışıb, lakin problemlə üzləşib.
 
Nəşr yazır ki, dəfələrlə fərdi kompüter problemlə üzləşib və ekranda "yenidən yükləmə lazımdır" mesajı görünüb.
 
Bil Qeyts naharadək yeniləmə paketini quraşdırmaq üçün uğursuz cəhdlərdən sonra ona kömək etmək üçün yeni baş direktor Satya Nadellanı çağırıb, lakin onun da cəhdləri uğursuz olub.
"Bill sakit təbiətli insandır, buna görə onun dilindən çıxan bəzi ifadələri eşitmək qəribə idi" – vəziyyəti gərgin kimi xarakterizə etmiş mənbə deyib.

Qeyd edək ki, bütün bunlar   "The New Yorker" onlayn nəşrinin Bill Qeytsin birinci iş gününə  satirik yanaşmasıdır.

 Qeytsin birinci iş günü haqqında zarafatcıl yazının müəllifi ABŞ yumoristi və yazıçısı Endi Borovits olub.
 
Emil Hüseynov




06/02/14    Çap et