Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NETTY” yubileyə hazırlaşır


“NETTY-2014” Azərbaycan Milli İnternet mükafatının 10-cu yubileyinin keçirilməsi ilə bağlı  hazırlıq işlərinə başlanılıb.
 
Müsabiqənin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müsabiqənin bu ilin mart ayında keçirilməsi planlaşdırılır. 
 
“NETTY”-nin mükafatı 2004-cü ildə təsis edilib - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT bazarının milli seqmentinin inkişafına kömək üçün yaradılıb, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır.
 
Hər il mükafat “Dövlət saytı”, “Korporativ sayt”, “Təhsil və elm”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”, “Əyləncə”, “İdman”, “Elektron ticarət sahəsində ən yaxşı layihə”, “Azərbaycan”, “Şəxsi sayt”  nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytları mükafatlandırır.   
 
Müsabiqə çərçivəsində həmçinin fəxri nominasiyalar üzrə mükafatların verilməsi həyata keçirilir: "Ən yaxşı mobil proqramlar“ Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT hadisəsi”. Hər il müsabiqədən kənar əlavə nominasiyalar təsis edilir.
 
Nominantların müəyyən edilməsi Virtual jürinin (İnternet istifadəçiləri) və Ekspert Şurasının Azərbaycanın ictimai,  dövlət və biznes strukturlarını təmsil edən xüsusi formalaşdırılmış mütəxəssislər və peşəkarlar qrupu) səsverməsi vasitəsilə həyata keçirilir. Mükafat qaliblərinin qəti seçimini “NETTY” Akademiyası həyata keçirir, onun da tərkibi Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu şəxsiyyətlərdən ibarətdir. “NETTY”-nin keçirilməsi ənənəvi olaraq qaliblərin təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşır, hansı ki, özü-özlüyündə ən parlaq, qeyri-adi və ilin yaddaqalan  hadisələrindən biridir. Məhz orada “NETTY-2014” nominasiyalarının finalçıları rəsmi elan olunacaq. Müsabiqənin əsas mükafatı “NETTY” heykəlciyi qaliblərə təntənəli surətdə verilir.
 
Bu il də, əvvəllər olduğu kimi, müsabiqə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin və bir sıra kommersiya şirkətlərinin  hərtərəfli dəstəyi ilə keçirilir. Mükafatla əməkdaşlıqlar məsələləri üzrə “info@netty.az” poçt ünvanına müraciət etmək olar.
 
Aynur Vəliyeva
 
 




07/02/14    Çap et