Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Statistika Komitəsi: “Respublikadaxili və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşıb”


2014-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb,
ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadədə olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşıb, telefon üçün abunə haqqı tarifləri isə bahalaşıb. 
 
CAHANGİR




07/02/14    Çap et