Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalının “Facebook” səhifəsi istifadəçilərinin sayı 120 min nəfərə çatıb


"Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/egov.az)  maraq günü-gündən artır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda səhifə istifadəçilərinin sayı 120 min nəfər təşkil edir.
 
Sözügedən "Facebook" səhifəsi ölkəmizdə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.

Qeyd edək ki, "Elektron hökumət" portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.
 
Xatırladaq ki, "Elektron hökumət"  portalı  dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim edilir.

CAHANGİR




10/02/14    Çap et