Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” və “comScore” reklam vericilərinin işini asanlaşdıracaqlar


Şirkətlər marketoloqlara onlayn auditoriyanın göstəricilərini müşahidə etməyə və reklam kampaniyasına düzəlişlər etməyə imkan verəcək yeni texnologiya tətbiq edirlər.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “comScore vCE” şəhadətnaməsi birbaşa “Google” şirkətinin reklam vericilər üçün “DoubleClick” servisinə tətbiq ediləcək. O, reklam kampaniyalarının nəticələrini ölçməyə imkan verəcək.

Marketoloqlar real vaxt rejimində auditoriyanın göstəricilərini müşahidə və anında potensial müştəriləri cəlb edə biləcək düzəlişlər edə biləcəklər.
 
Hazırda texnologiya yalnız desktop reklamının göstəricilərini ölçmək üçün açıqdır, lakin gələcəkdə onu mobil platformalar üçün tətbiq etmək mümkün olacaq.

Aynur Vəliyeva




11/02/14    Çap et