Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” yeni monitor təqdim edib


“Dell” korporasiyası “LED” işıqla yeni monitor modelini göstərib. 23 düym diaqonallı “S2330MX” modeli yeni lider olmalıdır.
Qurğu tərəflərin 16:9 nisbəti ilə “Full HD” kəskinliyə, enerji istehlakı sahəsində yaxşılaşdırılmış xüsusiyyətlərlə “W-LED” işığına malikdir. Monitorda “DVİ” və “VGA” portları, tədarük komplektində isə “DVİ-HDMİ” adapteri var. Monitorun matrisi 2 ms reaksiya vaxtına malikdir, lakin onun tipi naməlumdur; bu, təxmini həm “TN-matris”, həm də bahalı “VA-panel” ola bilər.
Monitor avqust ayının 18-də bütün dünyada satışa çıxarılacaq və monitoru istehsalçının saytından sifariş etmək mümkün olacaq. Qurğunun dəyəri haqqında məlumat verilmir.




16/08/11    Çap et